Nigeriyanın mərkəzində məcburi köçkünlər üçün düşərgədə ən azı 36 nəfər həlak olub.
RegionTV.info xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti Benue ştatının Quma dairəsinin sədri Maykl Ubuya istinadən məlumat yayıb.
Qəzet qeyd edib ki, Mqbane kəndində bir qrup yaraqlı fermer məcburi köçkünlər üçün yataqxana kimi istifadə edilən məktəb binasına soxularaq atəş açıb.
Nəticədə azı 36 nəfər həlak olub, yaralananlar var.