Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vidadi Muradovun müsadirə olunmuş şirkəti məhkəməyə verildi

“Euro Style LTD” MMC “Azər İlmə” MMC ilə bağlı məhkəməyə müraciət edib.

RegionTV.info  xəbər verir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “Euro Style LTD” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Azər İlmə” MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də