ABŞ-ın Los-Anceles şəhərindəki təcili tibbi yardım əməkdaşlarına həyatda qalma şansı az olan koronavirus xəstələrini xəstəxanalara aparmamaq üçün göstəriş verilib.
ABŞ əhalisinin sərt reaksiya ilə qarşıladığı qərarın şəhərdə xəstəxanalarda boş yataq qalmadığı üçün verildiyi bildirilib.
Şəhərdə 30 noyabr 2020-ci il tarixində təxminən 400 min insanın virusa yoluxduğu və 2 yanvar 2021-ci ildə bu sayın 800 minə yüksəldiyi ifadə edilib.