Türkiyənin reytinqli layihələrindən olan "Aşk-ı Memnu" serialının aktyoru Rana Cabbar xəstəxanaya yerləşdirilib.
RegionTV.info xəbər verir ki, ekran işində Süleyman Efendi rolunu canlandıran aktyorun qəfildən halı pisləşib və o təcili tibbi yardımla tibb müəssisəsinə çatdırılıb.
78 yaşlı aktyor xəstəxanaya aparılarkən vəziyyəti kritik olub.
Həkimlərin erkən müdaxiləsindən sonra isə o yaxşılaşıb. Hazırda aktyorun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.