Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Vikipediya”nın ingilis dili bölməsində erməni vandalizmi haqqında yeni məqalələr yaradılır






Son illər “Vikipediya”nın ingilis dili bölməsində fəallıq artıb. Ölkəmizlə bağlı məlumatları saxtalaşdırmağa çalışan qüvvələrə qarşı effektiv mübarizə aparılır. İllərdir ki, erməni lobbisi “Vikipediya” nın xarici dil bölməsində yalan və heç bir əsası olmayan məlumatlarla dünya ictimaiyyətinə çaşdırmağa çalışır. Belə ki, “Vikipediya”nın ingilis dili bölməsində könüllülər tərəfindən Qarabağ müharibəsi, ermənilərin törətdikləri cinayətlər və erməni vandalizmi haqqında yeni məlumatlar yaradılır. İngilis dili bölməsində, həmçinin ölkəmiz, İkinci Qarabağ müharibəsi və erməni vandalizmi haqqında bir sıra məqalələr dolğun faktlarla əsaslı redaktə edilib və yerləşdirilib.

Bu sözləri  “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

“Bu gün informasiya müharibəsində Azərbaycan “Vikipediya” icmasının üzvləri fədakarlıqlar göstərirər. Millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yenicə fəaliyyətə başlayan “Qorduq” Vikipediya Metodik Klubunun könüllüləri “Vikipediya”nın ingilis dili bölməsində fəallığı artırıblar. Belə ki, xarici dil bölməsində ölkəmizlə bağlı informasiya bazasının genişləndirilməsi və etibarlı mənbələrlə zənginləşdirilməsi “viki”çilər üçün prioritet təşkil edir. Onların arqumentlərini qüvvətləndirən etibarlı mənbələrdir. Nüfuzlu xarici mətbu orqanlarında Azərbaycanla bağlı bitərəf, həqiqətləri əks-etdirən akademik, elmi, analitik yazılar çap olunarsa, bu bizim “viki”çilərin mövqeyini gücləndirəcək. Bunun üçün intellektual vətənpərvər insanlarımız informasiya müharibəsində fəallıq göstərməlidirlər” - deyə, E.Eltürk qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də