Aparıcı Zamirə Dadaşova "Space TV"dən ayrılıb.
RegionTV.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.
"Birinci gün "Space TV"dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV (10 il), ikinci iş yerim "Space TV" (17 il) olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm.
Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum "Açıq söhbət" verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Əlbətdə məni üzən həm də əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar".