RegionTV.info
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.