Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub.
RegionTV.info-nun verdiyi xəbərə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib.
Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.