"Azərbaycan Hava Yolları" QSC (AZAL) üçün yeni hava gəmiləri Azərbaycana 2028-ci ildən etibarən gətiriləcək.
RegionTV.info xəbər verir ki, bu barədə AZAL-ın vitse-prezidenti Samir Rzayev cümə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, 2028-ci ildən etibarən hər il dörd hava gəmisinin istismara verilməsi planlaşdırılır.
"Yeni hava gəmiləri yanacağa qənaət etməyə, uçuşların effektivliyini təmin etməyə, habelə biletlərin qiymətini aşağı salmağa imkan verəcək", - o deyib.
Qeyd edək ki, aprelin 6-da AZAL və "Airbus" A320neo ailəsinə məxsus yeni təyyarələrin satın alınması üzrə müqavilə imzalayıblar. Bunların arasında A320neo və A321neo laynerləri də var.