İngiltərədə aparılan yeni bir araşdırma, sürətli ürək vurğusunun yeni növ koronavirusun əlamətlərindən biri ola biləcəyini ortaya qoyub.
Dünyanın müxtəlif ölkələrindən olan 4 milyondan artıq insanın məlumatları mobil tətbiqetmənin köməyi ilə nəzərdən keçirilib. Araşdırmanın nəticələri "Kovid-19"un nizamsız və ya yüksək sürətli ürək döyüntüsünə səbəb ola biləcəyini göstərib.
Qeyd edək ki, mütəxəssislər nəbzin 5 dəqiqə dincələrək, fiziki və psixoloji gərginliklərdən uzaq şəkildə ölçülməsini tövsiyə edir.