Rusiya Sİlahlı Qüvvələrinin general-polkovniki Rüstəm Muradov Ukraynada komandan vəzifəsindən kənarlaşdırılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.
Məlumata görə, general Muradovun Şərq Qüvvələr qrupunun komandanı vəzifəsini itirməsinə səbəb Uqledar şəhərini ala bilməməsidir.
Həmçinin Donetskin Uqledar şəhərinə hücum edən rus qoşunları ağır itkilər verərək geri çəkilib.