A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə şagirdlər yeməkdən, daha dəqiq desək "Nuggets"dən zəhərləniblər.
RegionTV.info xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi BAKU.TV-yə bildirib ki, "Nuggets" yediyi üçün məktəblilər xəstəxanaya yerləşdiriliblər: "Ürəyi bulanmağa başlamışdı. Sonra aşağı apardılar. Ordan da həkimə aparılıblar".
Məktəbin müəllimi Rüxsarə Abbasova deyib ki, onun sinfində də uşaqlar eyni yeməkdən qəbul etsə də, heç bir problem yaranmayıb.