Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bolqarıstan Rusiyadan sertifikat almış gəmilərin ölkəyə girişinə qadağa qoyub

Bolqarıstan aprelin 8-də saat 00:00-dan Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin reyestr limanından asılı olmayaraq ölkənin dəniz və çay limanlarına girişinə qadağa tətbiq edəcək.

RegionTV.info  xəbər verir ki, qadağa Avropa İttifaqının Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında tənzimləməsi əsasında tətbiq edilir.

Qeyd edək ki, 2022-ci ilin aprelində Rusiya bayrağı altında üzən gəmilərin Bolqarıstan limanlarına girişinə qadağa qoyulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də