“Morqa getdim. Torbalarda sümüklər yığıldığı üçün kimin kim olmasını ayırd etmək mümkün deyil”.
Azvision.az xəbər verir ki, bunu itkin düşən erməni əsgərin yaxınları bu gün keçirilən etiraz aksiyasında deyiblər.
“Qardaşım oğlu itkin düşdü. Onlar əkiz qardaşdılar. Biri oktyabrın 14-də İrəvan xəstəxanasına yaralı olaraq yerləşdirildi, digəri isə təxminən 10-12 gün sonra ölənlər siyahısına düşdü. Amma cəsədi tapa bilmirik”, - deyə itkin düşən əsgərin əmisi bildirib.
O, bütün morqlara bir neçə dəfə baş çəkdiyini xatırladıb, lakin hələ də nəticə yoxdur:
“4 noyabrda qardaşı DNT analizi verdi. Çünki onlar ikitərəfli yetimdirlər deyə, nümunə qardaşından götürüldü. 2 ay keçməsinə baxmayaraq, analizlərdən cavab yoxdur. Dünən Heratsi meyitxanasında idim. Dəhşətli mənzərə var idi - torbalarda sümüklər yığılıb, onları ayırd etmək mümkün deyildi.
Bu vəziyyətdə 25 yanvar tarixinə qədər gözləməyimizin lazım olduğunu söylədilər. Çünki yeni cəsədlər 25-26 dekabr tarixlərində gəldiyindən DNT testinin cavabı 25-26 yanvarda çıxa bilər. Bu DNT test cihazıdır? Əgər belədirsə, niyə 9 noyabrdan sonra bənzər bir cihaz almırsınız? Ümumiyyətlə, biz dövlətik, ya yox? Bir DNT testinin cavabını necə iki ay gözləyə bilərik?".