Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qənirə Paşayeva: "Fazil Mustafaya atılan güllə dövlətə atılmış güllədir" - VİDEO

"İnanırıq ki, bu işdə əli olan və bu terrror şəbəkəsi ilə əməkdaşlıq edən hər kəs layiq olduğu cəzanı alacaq. Əslində Fazil Mustafaya  atılan güllə dövlətə atılmış güllədir. Bunu bütün azərbaycanlılar bu şəkildə qəbul etməlidir".

RegionTV.info  xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Həmkarı Fazil Mustafaya qarşı törədilən terror aktını qətiyyətlə qınayan Paşayeva sözlərinə belə davam edib:

"Siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq hər bir gənc dövlətimizin yanında olmalıdır. Dövlətimizin bu istiqamətdə gördüyü işlərə də dəstək olmalıdır. Biz hamımız bilməliyik ki, xaricdən idarə edilən bu şəbəkələrin ölkəmiz daxilindəki maraqları nədən ibarətdir. Soydaşlarımız da hər yerdə bunu belə qiymətləndirməlidir. Bu terroru törədənlər, bunun arxasında gizlənənlər bilsinlər ki, Azərbaycan dövlətini və xalqını bu cür vasitələrlə qorxutmaq olmaz!".

Xatırladaq ki, martın 28-də axşam saat 9 radələrində Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomatından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. O, yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

Ətraflı videoda:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də