“Beş mərtəbə” deyilən dairə yenidən “avtoş”ların məkanına çevrilib.
RegionTV.info xəbər verir ki, təhlükəli hərəkətlər etmək istəyən daha bir sürücü əraziyə gəlib və məhz orada hərəkət iştirakçıları üçün qəza riski yaradıb.
Həmin görüntülər yayıldıqdan sonra DYP Bakı şəhərində “avtoş”ların məkanına çevrilən əraziləri nəzarətə götürüb.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə bildirib ki, belə kadrlar yayılan kimi yol polisi nəzarətə götürür və sürücünü tez bir zamanda aşkar edirlər.
Bənzər hadisə Nəsimi rayonu, Cavadxan küçəsində də olub. 4-cü mikrarayon dairəsi ətrafında axşam saatlarında taksi sürücüsü avtoxuliqanlıq edib. Onun da görüntüləri ərazidəki Təhlükəsiz Şəhər Kameralarına düşüb. Qeyd edək ki, yol polisi paytaxt ərazisində ən çox belə hərəkətlərə yol verilən küçə və prospektlərə nəzarəti artırıb.
Araz Əsgərli qeyd edib ki, sözügedən ərazidə avtoxuliqanlıq edən sürücü Məhyəddin Cəbiyev müəyyən edilərək saxlanıb. Onun barəsində protokol tərtib edilib. Sənədlər toplanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.
Daha ətraflı süjetdə: