Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilərə “mənəvi atalıq” edən Fransa - VİDEO

RegionTV.info

“Fransanın başqalarına etnik azlıqların hüquqları ilə bağlı irad bildirməyə mənəvi haqqı yoxdur”.

Bunu bu gün Milli Məclisin iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.

Deputatın sözlərinə görə, Fransa Avropa məkanında milli azlıqlara məxsus şəxslərin hüquqlarının mühafizəsi sahəsində ən fundamental sənədlərdən biri hesab olunan Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasını indiyə qədər imzalamayıb.

“Bununla yanaşı, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib. Bu, əslində, Fransanın milli azlıqların hüquqlarına yanaşmasını əks etdirən faktlardır”, - deyə S.Məmmədov əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də