
Bu gün, yanvarın 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.
Başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf - “NKR” (yəni “dqr”) şəklində verilmişdi.
Lakin bir müddətdən sonra Rusiya Müdafiə Nazirliyinin saytının rəhbərliyi texniki səhvi aradan qaldıraraq sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyini bildirib. (virtualaz.org)
