Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT

Milli Məclisin iclasında Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat hazırlanıb.

RegionTV.info   xəbər verir ki, deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib.

Bəyanatda bildirilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur.

“Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”, - deyə bəyanatda bildirilib.

Bəyanat səsə qoyularaq qəbul edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də