Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tutulanlardan biri Fazil Mustafanı ölümlə hədələyən şəxsin qardaşıdır

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.

RegionTV.info  xəbər verir ki, bununla bağlı APA məlumat yayıb.

Məlum olub ki, DTX tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə məsuliyyətdən yayınaraq İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də