Danimarka ikitərəfli əməkdaşlıq çərçivəsində Ukraynaya 40 ton həcmində enerji avadanlığı göndərəcək.
RegionTV.info xəbər verir ki, bu barədə Danimarkanın İqlim, Energetika və Kommunal Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avadanlıqlar bir çox enerji obyektlərinin dağıdılması nəticəsində işıqsız qalan Ukrayna əhalisinə kömək etmək üçün nəzərdə tutulub.