Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın bu addımı Ermənistanı QORXUYA SALDI: Buna hazırlıq gedir... - İrəvan TİR-TİR ƏSİR

Azərbaycanın hərbi büdcəsinin 2021-ci ildə ötən illə müqayisədə 20 faiz çox olması (4,6 milyard manat) erməniləri narahat edir.
RegionTV.info  xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı deyin.
Onun sözlərinə görə, Ermənistanda iddia edirlər ki, Azərbaycan Qarabağ məsələsini həll edəndən sonra regionda daha genişmiqyaslı planı həyata keçirməyə hazırlaşır.
“Çiçəklənən Ermənistan” partiyasının katibi Arman Abovyan deyir:
- Azərbaycan Qarabağ münaqişəsini həll edibsə, niyə hərbi xərclərini artırır. Türkiyənin nizami qoşunları Naxçıvandadır. Düşünürəm ki, bunu anlamaq çətin deyil, hər şey göz qabağındadır. Bakı və Ankara regionun xəritəsini bu və ya digər formada dəyişdirməyə hazırlaşır. Bəli, bizə lənət kimi gəlsə də Turan planının həyata keçirilməsinə hazırlıq gedir.
Niyə də yox?! Nə olacağını zaman göstərəcək, amma ermənilərin bundan sonra daim qorxu içində yaşayacağı dəqiqdir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də