Konqo Demokratik Respublikasında torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Hadisə Şimali Kivu vilayətinin kəndlərindən birində baş verib.
Yerli hakimiyyət orqanları bildirib ki, dağın ətəyində çayda paltar yuyan 25-ə yaxın uşaqlı qadın torpağın alıtında qalıb.
Agentliyin məlumatına görə, itkin düşənlərin axtarışları bazar ertəsi bərpa olunacaq.