Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Qarabağ bəyanatına əsasən işğaldan azad edilərək Azərbaycana qaytarılan Şurnux kəndini tamamilə tərk edən erməni ailələri Gorusa, bir ailə isə Qafana gedib.
RegionTV.info xəbər verir kİ, ermənilər Şurnuxu tərk etməzdən əvvəl orada dağıntılar törədiblər, eyni zamanda kənddəki evləri yandırıblar. Şurnuxda yaşamış Akop Arşakyan həmkəndlilərinin hamısının kəndi tərk etdiklərini bildirib.
Xatırladaq ki, bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnux kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib. 1990-cı ildən sonra Ermənistan hakimiyyəti Azərbaycanın sərhədboyu kəndlərini də işğal etmiş, həmin ərazilərə qanunsuz olaraq erməniləri köçürmüşdü.
Noyabrın 10-da imzalanmış bəyanata əsasən, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxır. Şurnux kəndinin Azərbaycana düşən ərazisindən də ermənilərin çıxması bəyanatın şərtlərinə uyğun olaraq aparılır.
Xəbəri paylaş