Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sankt-Peterburqda partlayış törətməkdə şübhəli bilinən gənc qız saxlanılıb

Hərbi müxbir Vladlen Tatarskinin qətlində şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə “İnterfaks” mənbəyə istinadən məlumat yayıb.

O, müstəntiqin yanına aparılıb. İstintaq hesab edir ki, Trepova kafeyə içində partlayıcı olan heykəlcik gətirib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Universitetskaya sahilindəki kafedə hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən zaman partlayış olub.

Belə ki, Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Nəticədə V.Tatarski həlak olub, 30 nəfər xəsarət alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də