Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan: “ABŞ səfiri üçün qapılar bağlıdır”

“Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir”.

RegionTV.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“O zaman hansı üzlə durub Prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməyəcək. Fleyk öz yerini bilməlidir. Diplomat səfirin necə işləməli olduğunu bilməlidir. Bunu bilməsə, bu qapıdan girə bilməyəcək”-deyə, o bildirib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi müxalifətin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də