Bəzi OPEC+ ölkələrinin may ayından neft hasilatını azaldacağı bağlı bəyanatından sonra “qara qızıl”ın qiyməti artıb.
RegionTV.info xəbər verir ki, ICE London Birjasında “Brent” markalı neftin iyun fyuçersləri martın 7-dən bəri ilk dəfə bir barel üçün 85 dolları ötüb.
Bakı vaxtı ilə saat 02:09-a olan məlumata görə, Brent markalı neft 6,43 % bahalaşaraq 85,03 ABŞ dollarına satılıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı neftin mayl fyuçerslərinin qiyməti 7,15% artaraq bir barel üçün 81,08 ABŞ dolları təşkil edib.