Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin fövqəladə xidmətlərindən məlumat verilib.
Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən "Street-bar" kafesində olub.
Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb.
Ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.