Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Əti aparırlar" dedikdən sonra psixiatriya xəstəxanasına salınan yeniyetmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.

RegionTV.info  xəbər verir ki, açıqlamada deyilir:

"Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb. Bununla yanaşı, M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.

Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra, qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.

Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb.

Qeyd edək ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də