2023-cü ilin ilk 3 ayı ərzində uşaq sığınacağına yerləşdirilən zorakılıq qurbanlarının sayı açıqlanıb.
RegionTV.info xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınavağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, yanvar, fevral, mart aylarında mərkəzə 29 nəfər daxil olub:
“16 nəfər yalnız mart ayında gələnlərdir. 29 nəfərdən 4-ü qadın, digəri azyaşlılardır. Ən kiçik uşaq 2, ən böyük isə 17 yaşındadır. Ümumilikdə 25 nəfər uşaqdan 5-i oğlan, 20-si qızdır.
Sığınacağa yerləşdirilən qadınların ortalama yaşı 21-34 yaş aralığında dəyişir. Onlar arasında 21 yaşlı qadının 14 yaşında ilk dəfə doğum etdiyi müəyyən olunub. Hazırda isə 3-cü uşağına hamilədir, hamiliyi 6-cı ayındadır. Təəssüf ki onlar hər biri zorakılıq qurbanıdır”.