Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Səfərova Zemfira Bəhram qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.