
Bununla bağlı RegionTV.info-la fikirlərini bölüşən deputat Azər Badamov bildirib ki, 28 manata olan un, 32-35 manata satılırsa və bunu benzinin bahalaşması ilə əlaqədar deyilirsə, bu tamamilə əsassızdır:
"Çünki benzinin bahalaşması, unun ancaq daşınma xərclərində cüzi artıma səbəb ola bilər. Ona görə bir sutkada unun qiyməti 5-7 manat artırılırsa, bunu süni qiymət artımı hesab edirəm. Bildirirəm ki, laqədar dövlət strukturlar bu işlə məşğul olmalıdır".
Deputat qeyd edib ki, siqaretin qiymətində ümumiyyətlə artım olmamalıdır:
"Amma bununla yanaşı siqaretin qiymətinin rəsmi artırılmasının və ya satışına qadağa qoyulmasının tərəfdarıyam. Mən insanların sağlamlığı naminə siqaretin dövriyyəsini maksimum məhdudlaşdırılmağını dəstəkləyirəm".