ABŞ-ın cənub və orta qərb ştatlarından keçən qasırğa və tornado nəticəsində azı 9 nəfər həlak olub.
RegionTV.info xəbər verir ki, Arkanzas ştatında 5, İndianada isə 3 nəfər həlak olub. Daha bir nəfər isə Alabama ştatında daha bir nəfər dünyasını dəyişib.
Telekanalın məlumatına görə, azı yeddi ştatda 50-dən çox tornado siqnalı qeydə alınıb.
Bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.