2026-cı ilə qədər xarici investorların (o cümlədən Türkiyə, BƏƏ, İtaliya, Böyük Britaniya və Rusiyadan) fəal cəlb edilməsi hesabına Qarabağdakı layihələrə ayrılan investisiyaların təxminən 10 milyard dollar (ÜDM-in 18%-i) səviyyəsində planlaşdırılır.
RegionTV.info xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
"İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-xammal məhsullarının istehsalına və ixracına yönəldilmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq. Bizim hesablamalarımıza görə, 2023-cü ildə Qarabağda layihələr geniş vüsət alacaq və yalnız büdcə deyil, həm də xarici investisiyalar cəlb ediləcək ki, onların iqtisadi artıma töhfəsi 2,5 faiz ola bilər”, - bankın iqtisadçısı vurğulayıb.
Onun sözlərinə görə, iri nəqliyyat marşrutlarının inkişafına yönəlmiş yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyat sektorunun payını demək olar ki, 20%-ə çatdıracaq. Xatırladaq ki, 2019-cu ildə pandemiyadan əvvəlki dövrdə nəqliyyat sektorunun Azərbaycanın ÜDM-ə töhfəsi 10%-i demək olar ki, ötməyib.