RegionTV.info
Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evindən şikayətlənərək orada verilən qidaların azlığı və keyfiyyətsizliyini dilə gətirib.
Yeniyetmənin narazılığının qeydə alındığı video yayıldıqdan sonra o, psixiatriya xəstəxanasına yerləşdirilib.
BAKU.TV-nin əməkdaşı həmin yeniyetməni görmək üçün sözügedən psixiatriya xəstəxanasına üz tutub. Belə ki, bir çox insan yeniyetmənin ruhi xəstə olduğuna inanmayaraq onun gizlədildiyini iddia edib.
Lakin oradan psixiatriya xəstəxanasının qapalı xəstəxana olduğunu bildirərək uşağın üzünü göstərməyə icazələrinin olmadığını deyiblər.
Daha ətraflı BAKU.TV-nin süjetində: