RegionTV.info
Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin şəhər və rayonlar üzrə bölgüsü açıqlanıb.
Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.
Ən çox istifadəçi Bakı şəhəri (8 565), Lənkəran şəhəri (3 837), Sumqayıt şəhəri (3 343), Salyan rayonu (1 335), Gəncə şəhəri (1 178), Şirvan şəhəri (1 067), Cəlilabad rayonu (939) və Abşeron rayonunda (846) qeydə alınıb.
Paytaxt rayonları üzrə ən çox narkotik istifadəçisi Yasamal (1 652), ən az Pirallahı (73) rayonundadır.