Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda yeniyetmə anasını qətlə yetirib - MƏHKƏMƏ İŞİ

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadə barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

RegionTV.info  xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də