Hollivud ulduzu Bred Pitt, Angelina Coli və uşaqları ilə yaşadığı malikanəni ötən ay satışa çıxarmışdı.
RegionTV.info xəbər verir ki, artıq ev satılıb. Los-Ancelesdə yerləşən malikanə 39 milyon dollara (təxminən 66 milyon 300 min AZN) alıcı tapıb.
Ev 30 il əvvəl inşa edilib. Bred bu maikanəni 1994-cü ildə Kassandra Pitersondan 1,7 milyon dollara (təxminən 2 milyon 890 min AZN) satın alıb.
59 yaşlı aktyor zaman keçdikcə evin ətrafındakı əraziləri də alaraq malikanəni genişləndirib. Geniş hovuz, tennis meydançası düzəltdirib.
Pitt və Colinin övladları bu malikanədə böyüyüblər. 2016-cı ildə ayrılan cütlük hələ də övladlarının qəyyumluq məsələsini həll edə bilmirlər.