Türkiyədə tütün məmulatlarının satışı ilə məşğul olan Şamil Xalid adlı azərbaycanlı iş adamı güllələnib.
RegionTV.info xəbər verir ki, bədbəxt hadisə dünən axşam saat 19:00 radələrində Ankara şəhərindəki Demetlale məhəlləsində baş verib.
Belə ki, 30 yaşlı iş adamı ortağı Ahmet Dikbaşla mübahisə zamanı güllə yarası alıb.
Mübahisə zamanı şəriki Şamilə atəş açıb. Xəsarət alan Şamil qaçaraq yolda ərzaq mağazalarından birində gizlənib. Sonra Dikbaş ona yenidən atəş açıb. Güllə Şamilin ürəyinə dəyib və o, həyatını itirib.