Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransada qadın Makronu təhqir etdiyinə görə məhkəmə qarşısına çıxacaq

Fransanın bütün ərazisində etirazlara səbəb olmuş ziddiyyətli pensiya islahatını müdafiə məqsədilə Prezident Emmanuel Makronun TF1 telekanalına verdiyi müsahibədən bir gün əvvəl bir qadın özünün "Facebook" paylaşımında onu təhqir etdiyinə görə saxlanılıb.

RegionTV.info-nun məlumatına görə, Trend bu barədə Fransa mediasına istinadən xəbər verir.

Mənbələrə əsasən, qadın Makronu "zibil parçası" adlandırdıqdan sonra onu təhqir etdiyinə görə məhkəmə qarşısına çıxa bilər. Qadını həbs etməyəcəklər, lakin iyunun 20-də keçiriləcək məhkəmə iclasında təqsirkar elan olunarsa, ona qarşı 12 min avro cərimə kəsilə bilər.

"Bu zibil parçası saat 13:00-da sizə müraciət edəcək... biz bu zibili daima televiziyada görürük", - o yazıb.

Qadın sorğudan dərhal sonra yerli qəzetə müsahibəsində arxasınca polisin gəldiyini görəndə şoka düşdüyünü deyib.

"Mən onlardan bunun zarafat olub-olmadığını soruşdum, məni heç vaxt həbs etməyiblər. Mən cəmiyyətin bir nömrəli düşməni deyiləm. Onlar məni nümunə etmək istəyirlər", - o deyib.

Qeyd edək ki, Fransada pensiya islahatına qarşı çoxsaylı etirazlar səngimək bilmir, sosial gərginlik artmağa davam edir, lakin Makron və hökuməti vətəndaşlara güzəştə getməkdən imtina edirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də