"Biz növbəti addımlarımızı, fəal hərəkətlərimizi hazırlayırıq. Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb."
RegionTV.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Ukraynada bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq.
Zelenski vurğulayıb ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək:
"Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Heç bir düşmən cəzasız qalmayacaq".
Onun sözlərinə görə, Kiyev, Çerniqov, Sumı vilayəti uğrunda gedən döyüşlərdə, eləcə də Xarkov rayonlarının, Xersonun qaytarılması, Baxmutun və bütövlükdə Donbasın müdafiəsi ukraynalıların qəhrəmanlığı sayəsində həyata keçirilib.