Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tarixinin ən ağır şərti ilə üzləşən Azərbaycan - VİDEO

RegionTV.info

Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda türk-müsəlman əhalini qətlə yetirməkdə zəngin “təcrübə”si olan, təpədən-dırnağa qədər silahlanmış erməni dəstələri Qafqaz cəbhəsini tərk edən rus ordusu ilə birləşərək, 1918-ci ilin əvvəllərində İrəvan quberniyası ərazilərinin azərbaycanlı əhalidən təmizlənməsi istiqamətində bir sıra silahlı hücumlar həyata keçirmişdilər.

Elə həmin ilin may ayının sonlarında İrəvan quberniyası ərazisində Cənubi Qafqazda əvvəllər sahəsi 10 min kv.km-dən çox olmayan “Ararat respublikası” yaradıldıqdan sonra isə soyqırımı siyasəti artıq dövlət səviyyəsində həyata keçirilməyə başladı.

Bütün bunlar 4 iyun 1918-ci il tarixli “Batum müqaviləsi”nin 6-cı bəndinə əsasən Ermənistan hökumətinin ölkə ərazisində yaşayan müsəlmanların təhlükəsizliyini və azad inkişafını təmin edəcəyinə, onların ana dilində təhsil almalarına və dini ayinlərini yerinə yetirməyə şərait yaradacağına dair öhdəlik götürməsinə məhəl qoymayaraq həyata keçirildi.

İrəvanın ermənilərə verilməsi isə yeganə çıxış yolu idi. Çünki Parisə yollanan nümayəndə heyətimizin qarşısına şərt qoyurlar: əgər İrəvanı Ermənistana paytaxt kimi verməsəniz, Azərbaycan müstəqil dövlət olaraq Paris Sülh Konfransında tanınmayacaq.

Ətraflı Baku TV-nin “Aydın tarix” verilişində:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də