Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fövqəladə Hallar Nazirliyi Bakıda qanunsuz tikilən obyektləri söküb - FOTO

RegionTV.info

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə  FHN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, paytaxtın Xəzər rayonunun Buzovna, Binə və Şağan qəsəbələri ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də