Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
RegionTV.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.
Sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək.