Sədri Meral Akşener olan İYİ Partiyanın İstanbuldakı qərargahına silahlı hücum olub.
RegionTV.info xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Silahlı hücumun kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları gəlib və araşdırmalara başlanılıb.
İYİ Partiyanın İstanbul üzrə katibi Alper Akdoğan bildirib ki, güllə əsas girişdəki oturacaqda ilişib qalıb.