Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirdə qadın məhkəmənin qərarına niyə mane olur?-Polisdən cavab


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Regiontv.info-ya məsələ ilə bağlı açıqlama verib.


Sosial Şəbəkələrdə Şəmkir rayon Çinarlı qəsəbə sakini olan bir qadına qarşı zor tətbiq edilməsi ilə bağlı görüntülər təhrif olunmuş şəkildə təqdim edilib.

Məlumat üçün qeyd edim ki, mart ayının 30-da Şəmkir Rayon Polis Şöbəsinə Şəmkir İcra və probasiya Şöbəsindən rayon sakini Vəzifə Musayevanın icra işinə maneə yaratması və icra məmuruna qarşı zor tətbiq etməsi barədə akt, rayon sakini Vəzifə Musayeva tərəfindən isə icra məmuru tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir Rayon Məhkəməsində tələbkar vətəndaşın mülkiyyətində olan torpaq sahəsində olan 3 nəfər vətəndaşın çıxarılması ilə bağlı qərar qəbul edilərək İcra və probasiya Şöbəsinə göndərilib. İcra məmurları vəzifə borclarını yerinə yetirən zaman Vəzifə Musayeva onların qanuni tələblərinə tabe olmayaraq onlara mane yaratmış, icra prosesi dayandırılmasa əməkdaşlara və özünə xəsarət yetirəcəyini bildirib. Niyyətinə nail ola bilmədikdə isə V. Musayeva özünə daşla xəsarət yetirərək İcra Xidmətinin əməkdaşları tərəfindən döyüldüyünü bildirərək polisə müraciət edib. Faktla bağlı araşdırmalar davam etdirilir


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də