Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
RegionTV.info-nun məlumatına görə, martın 24 də Masallı rayonunda avtomobil hərəkətdə olarkən velosipedçini vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirib. Ağır bədən xəsarətləri alan yaralıya aidiyyatı üzrə yardım göstərilib.
Onun vəziyyəti ağır olduğundan 5 gün sonra, yəni martın 29-u gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.