Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Norveçdə koronavirusdan peyvənd edilmiş şəxslər ölüblər

Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələri Agentliyi bildirib.
"Yanvarın 5-də biz peyvənd edilmədən bir neçə gün sonra ölmüş iki şəxs barədə xəbər aldıq", - məlumatda deyilir.
Norveçdə Amerikanən "Pfizer” şirkəti və onun alman partnyoru "BioNTech” tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən ilin 27 dekabrında başlayıb.
Ölkədə ilk olaraq Oslodakı qocaların evinin sakinləri peyvənd edilib. Hakimiyyət orqanları ölüm hallarının vaksinləmə ilə bağlı olub-olmadığını araşdırmağa başlayıb.
"Biz peyvəndin ölüm səbəbi olmasını və ya ölümün vaksinləmədən tezliklə sonra təsadüfən baş verdiyini təhlil etməliyik", - agentliyin nümayəndəsi deyib. Onun sözlərinə görə, indi sağlamlığının zəif olduğu və ya ciddi xəstəliklərdən əziyyət çəkən risk qruplarından olan insanlar peyvənd edilirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də