Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evinin önündə güllələnən Fazil Mustafa əməliyyat olunacaq – YENİLƏNİB-3

RegionTV.info

Sui-qəsdə məruz qalaraq evinin önündə güllələnən millət vəkili Fazil Mustafa məliyyat olunacaq.

Bu barədə  onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

“Güllə çiynindən və ayağından dəyib. Həyati riski yoxdur. Təcili əməliyyata alındı”, - deyə deputatın qohumu bildirib.

Qeyd edək Toğrul Mustafayev hadisəni kimlərin törətdiyi haqqında bir məlumatlarının olmadığını da deyib.

***23.08

Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

***22:55

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

RegionTV.info  xəbər verir ki, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyatı təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

***22:33

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

RegionTV.info  xəbər verir ki, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də