RegionTV.info
Daxili İşlər Nazirliyi bu gün evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən Milli Məclisin deputatı Fazil Mustafanın güllələnməsi ilə bağlı məlumat yayıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
Qeyd edək ki, hazırda deputat Fazil Mustafa təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılır. O, çiyin və ayaq nayihəsindən iki güllə yarası alıb.